Finlandiya ABŞ-dan Ukrayna üçün silah alışına qoşulduğunu elan edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakkanen “X”də bildirib.
Nazirin sözlərinə görə, yaxın həftələrdə Finlandiya tərəfi təşəbbüsə öz töhfəsi üzərində işləyəcək.
“Ukraynanın müdafiəsi böyük ölçüdə ABŞ-dan konkret hərbi tədarüklərdən asılıdır. ABŞ bildirib ki, Avropada gedən müharibənin maliyyə məsuliyyəti Avropanın üzərinə düşür. Buna görə də, Avropa ölkələri bu zəruri ABŞ silahlarının maliyyələşdirilməsini təmin etməlidirlər”, – Hyakkanen qeyd edib.
O, digər ölkələri də bu təşəbbüsə qoşulmağa çağırıb: “Və biz digər Avropa ölkələrindən də eyni addımı gözləyirik. Ukraynaya dəstəyin davamı xüsusilə Avropa və region ölkələri üçün önəmlidir”.
