Fransa Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır və Ukrayna münaqişəsini gərginləşdirməyə çalışır.
“Xəbərsiz” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində bildirib.
“Qoy onların hərəkətləri özləri üçün danışsın. Onlar aydın şəkildə təsdiqləyirlər ki, Paris qəsdən Ukrayna münaqişəsini qızışdırmaq məqsədi ilə Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır”, – deyə o, əlavə edib.
O qeyd edib ki, Fransa hazırda ağır sosial-iqtisadi çətinliklərlə mübarizə aparır və özünü uzun sürən daxili siyasi böhrandan çıxara bilmir.
Əli Hacı
