Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sebastien Lekornunun baş nazir postundan istefa verməsindən sonra Fransa prezidenti Emmanuel Makronu sərt şəkildə tənqid edib.
“Xəbərsiz” bildirir ki, o, bu barədə “X” sosial media platformasında paylaşım edib.
“Rekord: Fransa hökuməti 14 saat davam etdi. Çünki Fransanın prezidenti yoxdur. Yalnız Kiyevin parlaq müdafiəçisi, Almaniya və Böyük Britaniyanın dostu, Afrikanın danışan arbitri. Amma Makron Fransanın vecinə deyil. 1814-cü ildə Parisə girən bizim kazakların atları belə öz işini daha yaxşı yerinə yetirərdi…”, – deyə o yazıb.
Əli Hacı
