“Gucci” ailəsi haqqında serial çəkiləcək.
“Xəbərsiz” xəbər verir ki, 6 seriyadan ibarət layihə “Gucci: The Game is over” adlanacaq.
Serialın çəkilişlərinə 2026-cı ilin yazında başlanılacaq.
“Gucci: The Game is over” brendin yaradıcısının nəvəsi və moda evinə rəhbərlik edən Mauritsio Guccinin və həyat yoldaşı Patrisiya Recaninin qızı Alleqra Guccinin xatirələri əsasında lentə alınacaq.
Xatırladaq ki, 2021-ci ildə amerikalı müğənni-aktrisa Ledi Qaqanın baş rolunu canlandırdığı “Gucci evi” filmi nümayiş olunmuş, lakin film ailə üzvlərinin narazılığına səbəb olmuşdu.
