Axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12-00-ə şəhər üzrə 37 ağacın sınması, 23 ağacın budaqlarının qırılması qeydə alınıb.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb:
“Dünəndən etibarən gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir”.


















