Gürcüstan prezidenti Mixail Kavelaşvili oktyabrın 14-də qeyd olunan “Svetitsxoveloba” kilsə bayramı münasibətilə 70 məhbusu əfv edib.
“Xəbərsiz” bildirir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“Prezidentin əfv fərmanı azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan 42 nəfərə, azadlıqdan məhrum etmə növündə cəza çəkən 24 nəfərə aiddir, 4 nəfərin isə məhkumluğu götürülüb”, – məlumatda deyilir.
Əli Hacı
