Harada zülm varsa, biz məzlumun yanındayıq, zalımın da əleyhinəyik.
“Xəbərsiz” bildirir ki, bunu Türkiyə prezidenti Receb Tayyib Ərdoğan deyib.
“Qürur hissi ilə demək istəyirəm ki, Türkiyə dedikdə ağlımıza təkcə sərhədlərini qoruyan deyil, həm də sülhü bərqərar edən, diplomatiyanı formalaşdıran bir ölkə gəlir”, – Ərdoğan bildirib.
Ərdoğan, “Tariximizdə, mədəni və sivilizasiya kodlarımızda insan haqları ilə bağlı bizi utandıracaq heç bir ləkə yoxdur” deyə əlavə edib.
Ölkə başçısı sözlərini belə davam etdirib:
“Bu gün hüquq və azadlıqlardan bizə mühazirə oxuyanların hamısından təmiz səriştəmiz var. Tariximizdə heç vaxt çiy süd içməmişik və Allaha şükürlər olsun ki, mədəmiz ağrımır. Harada zülm varsa, biz məzlumun yanındayıq, zalımın da əleyhinəyik”.
“Ulduzlu və ayparalı qırmızı bayrağımız dünyanın hər tərəfində nazlı dalğalandıqca, dostlarımız, qohumlarımız və qardaşlarımız özlərini daha təhlükəsiz hiss edirlər”, – deyə o, qeyd edib.
Xəbərsiz

















