HƏMAS-ın Qətər rəsmiləri vasitəsilə ABŞ Prezidenti Donald Trampa məktub göndərdiyi iddia edilib.
“Xəbərsiz” “Fox News”a istinadən xəbər verir ki, HƏMAS Trampa məktub göndərərək İsraillə məhbus mübadiləsi və Qəzzada müvəqqəti atəşkəs istəyib.
Məktubda HƏMAS-ın Qəzzadakı israilli məhbusların yarısını dərhal azad etmək təklifi müqabilində Trampdan İsrailin Qəzzaya hücumlarının dayandırılmasına dair iki aylıq zəmanət istəyib.
HƏMAS hələlik yayılan xəbərlərlə bağlı açıqlama verməyib.
Leyla Cəfərova
