07.05.2026 / 12:49
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 22°C
Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
Ana Səhifə Siyasət

Heydər Əliyev Azərbaycan mediasının inkişafını müəyyən edən liderdir - Bəhruz Quliyev

Xəbərsiz Media Xəbərsiz Media
06.05.2026 / 12:50
Siyasət
A A

“Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində yalnız siyasi lider kimi deyil, həm də milli medianın inkişaf strategiyasını müəyyənləşdirən şəxsiyyət kimi xüsusi yer tutur. Onun rəhbərliyi dövründə mətbuatın cəmiyyətdə rolu, dövlət quruculuğunda əhəmiyyəti və ictimai rəyə təsiri hər zaman diqqət mərkəzində saxlanılıb.

Xüsusilə, vurğulamaq lazımdır ki, Heydər Əliyevin ölkəyə ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın ən mürəkkəb, taleyüklü və sınaqlı mərhələsinə təsadüf edirdi. Həmin dövrdə dövlət institutlarının zəiflədiyi, xaos və parçalanma təhlükəsinin artdığı bir şəraitdə Ulu Öndər qarşısına hüquqi dövlət quruculuğu, sabit idarəetmə sistemi yaratmaq və sağlam vətəndaş cəmiyyətinin əsaslarını formalaşdırmaq kimi strateji məqsədlər qoydu. Bu baxımdan media da cəmiyyətin ayrılmaz hissəsi, vətəndaş cəmiyyətinin mühüm institutu kimi dəyərləndirilirdi.”

“Xəbərsiz” xəbər verir ki, bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət yalnız iqtisadiyyat və ordu ilə deyil, eyni zamanda sağlam informasiya siyasəti, peşəkar jurnalistika və milli maraqları qoruyan media sistemi ilə möhkəmlənir. Məhz buna görə də onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuatın inkişafı istiqamətində mühüm addımlar atıldı, jurnalistlərin fəaliyyəti üçün yeni imkanlar yaradıldı.

Ən mühüm qərarlardan biri senzuranın ləğvi oldu. Bu addım ölkədə söz və fikir azadlığının genişlənməsinə, mətbuat orqanlarının daha sərbəst fəaliyyət göstərməsinə ciddi təkan verdi. O dövr üçün bu, tarixi qərar idi və Azərbaycanın demokratik inkişaf kursunun göstəricisi sayılırdı. Paralel olaraq, kütləvi informasiya vasitələrinin hüquqi bazası formalaşdırıldı, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirildi.

“Ulu Öndər jurnalist əməyinə hər zaman yüksək qiymət verirdi. O, media nümayəndələri ilə açıq dialoqa üstünlük verir, onların suallarını cavablandırır, cəmiyyətlə hakimiyyət arasında medianın körpü rolunu xüsusi vurğulayırdı. Mənim də jurnalist kimi onunla müxtəlif səfərlərdə iştirak etmək imkanım olub və yaxından müşahidə etmişəm ki, Heydər Əliyev informasiya məsələlərinə son dərəcə həssas yanaşır, hər bir açıqlamanın ictimai təsirini dərindən hesablayırdı. O, jurnalistə sadəcə xəbər daşıyıcısı kimi deyil, dövlət və xalq qarşısında məsuliyyət daşıyan ziyalı kimi baxırdı.

Onun müəyyən etdiyi media siyasəti nəticəsində Azərbaycanda milli informasiya məkanı formalaşdı, dövlət maraqlarını müdafiə edən peşəkar jurnalistika ənənələri gücləndi. Xarici təbliğat və dezinformasiya fonunda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm əsaslar yaradıldı.

Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən media siyasətinin təməlində də məhz Heydər Əliyevin strateji baxışı dayanır. Müasir Azərbaycan mediasının inkişafı, rəqəmsallaşması və beynəlxalq nüfuzunun artması Ulu Öndərin müəyyən etdiyi yolun məntiqi davamıdır.

Heydər Əliyevin media sahəsinə verdiyi töhfələr təkcə bir dövrün deyil, bütöv bir gələcəyin əsasını təşkil edir. Onun irsi göstərdi ki, azad sözə hörmət edən, milli maraqları qoruyan və peşəkarlığı üstün tutan media dövlətin və vətəndaş cəmiyyətinin ən mühüm dayaqlarından biridir,”- deyə B.Quliyev əlavə edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Bütün dünya Putinin çıxışını gözləyir - Rusiya ümumi səfərbərliyə gedir?
Siyasət

Bütün dünya Putinin çıxışını gözləyir - Rusiya ümumi səfərbərliyə gedir?

May 6, 2026
Monqolustanın Baş prokuroru Bakıdadır - FOTO
Siyasət

Monqolustanın Baş prokuroru Bakıdadır - FOTO

May 6, 2026
Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan
Siyasət

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

May 6, 2026
Ermənistana gübrə və taxıl göndəriləcək
Siyasət

Ermənistana gübrə və taxıl göndəriləcək

May 6, 2026
Avropa İttifaqı Ermənistana 30 milyon avro ayırdı
Siyasət

Avropa İttifaqı Ermənistana 30 milyon avro ayırdı

May 5, 2026
İlham Əliyev sərgidə iştirak etdi - FOTO
Prezident

İlham Əliyev sərgidə iştirak etdi - FOTO

May 5, 2026

XƏBƏR LENTİ

Sabah Bakıda yağış yağacaq - PROQNOZ

Sabah Bakıda yağış yağacaq - PROQNOZ

07 May, 26 / 12:43
Metronun iş rejiminə dəyişiklik ediləcək

Metronun iş rejiminə dəyişiklik ediləcək

07 May, 26 / 12:35
İsmayıllıda 43 yaşlı kişi itkin düşüb - FOTO

İsmayıllıda 43 yaşlı kişi itkin düşüb - FOTO

07 May, 26 / 12:16
Ağalar Allahyarovun şirkəti qanun tanımır: "Xoşunuz gəlmirsə..."

Ağalar Allahyarovun şirkəti qanun tanımır: "Xoşunuz gəlmirsə..."

07 May, 26 / 12:07
Tüstüdən zəhərlənən kişi öldü

Tüstüdən zəhərlənən kişi öldü

07 May, 26 / 11:58
Azərbaycanın büdcə göstəriciləri açıqlanıb

Azərbaycanın büdcə göstəriciləri açıqlanıb

07 May, 26 / 11:41
Azərbaycanda bu şadlıq sarayı bağlandı

Azərbaycanda bu şadlıq sarayı bağlandı

07 May, 26 / 11:25
Tanınmış həkim vəfat etdi – FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

07 May, 26 / 11:03
Qurban bayramında ətin qiyməti belə DƏYİŞƏCƏK - Əhaliyə vacib XƏBƏRDARLIQ

Qurban bayramında ətin qiyməti belə DƏYİŞƏCƏK - Əhaliyə vacib XƏBƏRDARLIQ

07 May, 26 / 10:51
Ölkədəki apteklərdə saxta dərmanlar SATILIR?

Ölkədəki apteklərdə saxta dərmanlar SATILIR?

07 May, 26 / 10:33
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026