Hindistan ilk dəfə olaraq Yeni Dehli üzərində süni yağış yağdırıb.
“Xəbərsiz” bildirir ki, bir neçə gündür paytaxtı bürüyən zəhərli dumanı dağıtmaq üçün Dehli səmalarına təyyarə ilə buludlar səpilib.
Meqapolisin səlahiyyətliləri, Hindistanın Kanpur Texnologiya İnstitutu ilə əməkdaşlıq edərək, Dehlinin Birlik Ərazisinin şimalında yerləşən Burari şəhəri üzərində tək mühərrikli Cessna təyyarəsi ilə ilk sınaq keçiriblər.
Məlumata görə, sınaq uğurlu alınıb.
Əli Hacı
