Hindistan və Çin beş illik fasilədən sonra bəzi şəhərlər arasında birbaşa uçuşları bərpa etməyi planlaşdırır.
“Xəbərsiz” bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Qeyd edək ki, iki ölkə arasında birbaşa uçuşlar 2020-ci ildə Covid-19 pandemiyası zamanı dayandırılıb və Pekin ilə Yeni Dehli arasında davam edən sərhəd gərginliyi səbəbindən bərpa olunmayıb.
Hindistanın Çindəki səfirliyinin “WeChat” sosial media platformasındakı paylaşımında deyilir ki, yuxarıda göstərilən şəhərlər arasında uçuşlar kommersiya daşıyıcılarının qərarlarından asılı olaraq oktyabrın sonunadək bərpa olunacaq.
Səfirlik əlavə edib ki, bərpa Hindistan hökumətinin “Hindistan və Çin arasında münasibətləri tədricən normallaşdırmaq yanaşmasının” bir hissəsidir.
İslam İman
