Hollandiya Ukraynaya 90 milyon avro dəyərində növbəti hərbi yardım paketi hazırlayır.
“Xəbərsiz” bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, vəsait kəşfiyyat və zərbə vuran dronların istehsalına sərf olunacaq.
Bu barədə Hollandiyanın müdafiə naziri Ruben Brekelmans NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında bildirib.
O vurğulayıb ki, Ukraynaya dəstək indi həmişəkindən daha vacibdir, çünki hər gün Ukraynanın enerji infrastrukturuna güclü hava zərbələri qeydə alınır. Nazirin sözlərinə görə, ukraynalılar xəbərdarlıq ediblər ki, qarşıdan gələn qış bütün müharibə dövründə ən sərt qış olacaq.
“Biz Ukraynaya davamlı yardım axınını təmin etməliyik. Hollandiya hər zamankindən daha çox işlər görür. Bir neçə gün əvvəl mən 200 milyon avro dəstək elan etdim. Bu gün həm kəşfiyyat, həm də hücum üçün pilotsuz təyyarələr üçün əlavə 90 milyon avro elan edəcəyəm”, – deyə Brekelmans bildirib.
İslam İman
