Dubaydan gələn “Emirates”ə məxsus Boeing 747 yük təyyarəsi Honq-Konq hava limanında uçuş-enmə zolağından çıxaraq yerüstü ekipaj maşını ilə toqquşub və nəticədə dənizə düşüb.
“Xəbərsiz” bildirir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumay yayıb.
İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağında hava limanının yerüstü ekipaj maşını ilə toqquşub. Zərbə nəticəsində idarəetməni itirən təyyarə maneəni aşaraq dənizə düşüb.
Təyyarə ilə birlikdə iki nəfərin olduğu xidmət avtomobili də dənizə düşüb. Onların taleyi hələ də məlum deyil; işçilərin itkin düşdüyü bildirilir, axtarış tədbirləri davam etdirilir. Xilasedicilər bildirirlər ki, toqquşma ani olduğundan və avtomobil sürətlə batdığından ölüm riski yüksəkdir.
Hadisə yerinə Fövqəladə Hallar Xidməti, dalğıclar və yanğınsöndürənlər gəlib. Hava limanının şimal uçuş-enmə zolağı müvəqqəti bağlanıb və sərnişinlərə gecikmələr və uçuş cədvəlində dəyişiklik gözləmələri tövsiyə olunur.
Əli Hacı
