Zəngilan rayonunun Cahangirbəyli kəndində tikinti işləri aparan “Hünər-İnşaat” şirkətində çalışan bir qrup fəhlə əməkhaqlarının ödənilmədiyini iddia edir.
“Xəbərsiz” bildirir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdə işçilər çıxış edərək bir müddətdir maaşlarını ala bilmədiklərini bildiriblər.
İddialara görə, yaranmış vəziyyətə etiraz edən fəhlələr magistral yolu bağlayıblar.
Məsələ ilə bağlı “Hünər-İnşaat” şirkəti mövqe bildirməyib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbərsiz
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





