Türkiyə Qəzza zirvəsinin təşkilatçıları ilə son ana qədər diplomatik danışıqlar apararaq, İsrailin baş naziri Binyamin Netanyahunun iştirakına mane olmaq istəyib.
“Xəbərsiz” bildirir ki, bu barədə “Hürriyət” nəşri məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir hakimiyyətini İsrailin baş naziri Binyamin Netanyahunun tədbirə qatılacağı təqdirdə Qəzza sammitində iştirak etməyəcəyini bildirib.
“Türkiyə Netanyahunun iştirakına etiraz etdi və bu mövqe digər dövlətlər tərəfindən də dəstəkləndi. Bir sözlə, Ankara bu məsələ ilə bağlı son dəqiqəyə qədər aktiv diplomatik danışıqlar apardı və Netanyahunun sammitdə iştirakına imkan vermədi”, – deyə Ərdoğanı müşayiət edən jurnalist Hande Fırat bildirib.
Əli Hacı
