“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da…
11 Avqust 2026
Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var
11 Avqust 2026
Bəşər Əsəd edam cəzasına məhkum edildi
11 Avqust 2026
Əsas/Gündəm/İcra başçıları ilə bağlı - VACİB QƏRAR
GündəmRedaktorun seçimi

İcra başçıları ilə bağlı - VACİB QƏRAR

Xəbərsiz Media
24 İyun 2026

“Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı icra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyənləşdirilib.

“Xəbərsiz” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Dövlət Proqramı çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti başçıları Dövlət Proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aqrar sahənin əsas istiqamətləri üzrə hədəf göstəricilərini və nəticə indikatorlarını müəyyən etməli, hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını təmin etməlidirlər.

“İcra başçıları yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, taxıl silolarının (taxıl siloları buğda, arpa və qarğıdalı kimi taxıl məhsullarının uzun müddət təhlükəsiz, quru və xarici təsirlərdən (yağış, istilik, zərərvericilər) qorunaraq saxlanılması üçün nəzərdə tutulmuş xüsusi anbar qurğularıdır – red.) və soyuducu anbarların yaradılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə pambıqçılıq və taxılçılıqda məhsuldarlığın yüksəldilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olmaq üçün bütün zəruri tədbirləri həyata keçirməlidirlər. Onlar yerli imkanlardan istifadə etməklə Dövlət Proqramının fermerlər və sahibkarlar arasında təbliğini gündəlik fəaliyyətlərinin əsas istiqamətlərindən birinə çevirməli, bu işin təşkilatçıları qismində çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Aparılan təbliğat işinin əsasını Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı təşkil etməlidir. Şəhər və rayon icra hakimiyyətlərinin hər bir əməkdaşı, o cümlədən icra başçılarının ərazi nümayəndələri həmin çıxışı dərindən öyrənməli və təbliğat işlərini məhz bu istiqamətdə qurmalıdırlar. İcra başçıları bütün imkanları səfərbər etməklə sahibkarların və fermerlərin cənab Prezidentin çağırışına qoşulmaları üçün zəruri tədbirləri həyata keçirməlidirlər. Dövlət Proqramının icrası ilə bağlı təşkilati tədbirlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu sistemə daxil olan bütün qurumların üzərinə düşür”, – deyə N.Əmirov əlavə edib.

Bundan başqa, Prezidentin köməkçisi deyib ki, özəl sektor aqrar inkişafın aparıcı qüvvəsinə çevrilməlidir: “Prezident İlham Əliyevin dediyi kimi, özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. İnvestorları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər. Hesab edirik ki, aqrar sahədə fəaliyyət göstərən hər bir sahibkar cənab Prezidentin bu çağırışına qoşularaq ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılmasına öz töhfəsini verməlidir. İdxal olunan məhsulların ölkə daxilində istehsalının genişləndirilməsi və bununla da özünütəminetmə səviyyəsinin yüksəldilməsi bütün sahibkarlar üçün əsas vəzifələrdən biri olmalıdır”.

“Dövlət Proqramının icrasında cənab Prezident tərəfindən özəl sektorun rolunun xüsusi vurğulanması bir daha göstərir ki, kənd təsərrüfatının dayanıqlı inkişafı yalnız dövlət dəstəyi ilə deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, eləcə də texnologiya və müasir suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı ilə mümkündür. Beləliklə, qarşıdakı dövrdə özəl sektor yalnız istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir. Fermer məhsul istehsal edir, emal müəssisəsi həmin məhsula əlavə dəyər yaradır, logistika və saxlama infrastrukturu məhsul itkilərini azaldır, ixracatçı isə məhsulu xarici bazarlara çıxarır. Nəzərə almaq lazımdır ki, bu zəncirin hər hansı bir həlqəsinin zəifləməsi və ya qırılması istehsalda əldə olunan nəticələrin tam iqtisadi dəyərə çevrilməsinə mane olur”, – deyə o vurğulayıb.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya11 Avqust 2026

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

Cəmiyyət11 Avqust 2026

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

Dünya11 Avqust 2026

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

Mədəniyyət10 Avqust 2026

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub

Dünya10 Avqust 2026

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Dünya10 Avqust 2026

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

Cəmiyyət10 Avqust 2026

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Cəmiyyət10 Avqust 2026

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

Elm və təhsil10 Avqust 2026

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Həmçinin oxu

Gündəm

SOCAR-da kütləvi ixtisarlar gedir? - RƏSMİ

No Comment
590 baxış
Gündəm

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

No Comment
928 baxış
Gündəm

Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı

No Comment
796 baxış
Gündəm

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti

No Comment
588 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2190
Dünya 1262
Elm və təhsil 377
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026