SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirildi
26 Avqust 2026
Xırdalanda körpə eyvandan yıxıldı
26 Avqust 2026
Astroloqlar xəbərdarlıq edir: Bu 5 bürc üçün gün ağır keçəcək
26 Avqust 2026
Əsas/Media/III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
Media

III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir

Xəbərsiz Media
15 İyul 2026
Moderator.az xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsini elan edir.
Müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlərə sadiqliyin, analitik düşüncənin və keyfiyyətli publisistikanın təşviq edilməsi məqsədilə keçirilir. Bu il müsabiqə həm də tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə təşkil olunur. Onun jurnalistikaya verdiyi töhfələrin yaşadılması, peşə prinsiplərinin gənc nəsil media nümayəndələri arasında təbliği və adının Azərbaycan mediasında daim ehtiramla yad edilməsi məqsədilə müsabiqə ənənəvi olaraq onun adını daşıyır.
Xatırladaq ki, ilk “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivlərinə həsr olunmuş, II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzularını əhatə etmişdi. Hər iki müsabiqə peşəkar media nümayəndələrinin böyük marağı ilə qarşılanmış, qaliblər mükafatlandırılmışdı.
Bu il keçiriləcək III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi aşağıdakı istiqamətlər üzrə elan olunur:
1. Azərbaycan milli mətbuatının görkəmli simaları: irs, peşəkarlıq və milli məsuliyyət
  • Zülfüqar Hüseynzadənin publisistik irsi və peşə prinsipləri;
  • Həsən bəy Zərdabi, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu və digər görkəmli publisistlərin milli mətbuatın inkişafındakı rolu;
  • Peşə etikası, obyektivlik və söz məsuliyyəti;
  • Müasir Azərbaycan jurnalistikasında milli mətbuat ənənələrinin davamlılığı.
2. Milli maraqların müdafiəsində medianın rolu
  • İnformasiya təhlükəsizliyinin təmin edilməsində medianın məsuliyyəti;
  • Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyi və milli maraqların müdafiəsi;
  • Dezinformasiya və informasiya manipulyasiyasına qarşı peşəkar jurnalistika;
  • Milli dəyərlərin, dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin təbliğində medianın rolu.
3. Böyük Qayıdış: Yeni həyatın ilk addımları
  • Qarabağa və Şərqi Zəngəzura qayıdan ailələrin həyat hekayələri, yeni yaşayışa adaptasiya prosesi və insan taleləri;
  • Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir yaşayış məntəqələrinin formalaşması və sosial infrastrukturun inkişafı;
  • Böyük Qayıdışın sosial, iqtisadi, mədəni və psixoloji aspektləri, yerli icmaların yenidən formalaşması;
  • Qarabağın və Şərqi Zəngəzurun inkişaf perspektivləri: məşğulluq, sahibkarlıq, turizm, kənd təsərrüfatı və dayanıqlı məskunlaşma;
  • Tarixi-mədəni irsin bərpası və onun milli yaddaşın qorunmasındakı rolu.
4. Müasir Azərbaycan gəncliyi: problemlər və çıxış yolları
  • Sosial media dövründə gənclərin dünyagörüşü;
  • Təhsil, məşğulluq və peşə seçimi;
  • Gənclərin milli kimlik, vətənpərvərlik və vətəndaş məsuliyyəti;
  • Gənclərin innovasiya, sahibkarlıq və rəqəmsal gələcəkdə rolu.
Qeyd: Mövzular istiqamətləndirici xarakter daşıyır. Müəlliflər qeyd olunan istiqamətlərdən birini seçə və ya eyni yazıda bir neçə mövzuya kompleks şəkildə toxuna bilərlər.
Qiymətləndirmə meyarları
Müsabiqəyə təqdim olunan yazılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
Mövzunun dolğun və hərtərəfli əhatə olunması;
Dilin zənginliyi, üslub və ifadə vasitələrinin səviyyəsi;
Analitik yanaşma, faktların düzgün təhlili və məntiqi əsaslandırılması;
Araşdırmanın keyfiyyəti və faktlardan istifadə bacarığı;
Müasir dünya təcrübəsi ilə müqayisəli yanaşma;
Müəllif mövqeyinin aydınlığı və peşəkar jurnalistika prinsiplərinə uyğunluğu.
Müsabiqənin şərtləri
Yazılar musabiqe@moderator.az elektron ünvanına göndərilməlidir;
Yazının həcmi 10 min işarədən artıq olmamalıdır;
Yazı yalnız bir müəllifə məxsus olmalı və əvvəllər heç bir mətbu orqanda, internet saytında və ya sosial media platformasında dərc edilməməlidir;
Hər müəllif müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;
Yazılar 13 avqust 2026-cı il tarixinədək qəbul edilir;
Təqdim olunan materiallar münsiflər heyəti tərəfindən anonim qaydada və obyektiv meyarlar əsasında qiymətləndiriləcək.
Təqdim ediləcək sənədlər
Elektron məktuba aşağıdakılar əlavə edilməlidir:
Müsabiqə yazısı (Word formatında, müəllifin adı göstərilmədən);
Müəllifin şəxsiyyət vəsiqəsinin surəti (PDF, JPG və ya Word formatında);
Müəllifin əlaqə vasitələri (mobil telefon nömrəsi və elektron poçt ünvanı).
Mükafatlar
Müsabiqəyə təqdim olunan yazılar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblər 24 avqust 2026-cı il tarixində – tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.
I yer – 1000 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
Münsiflər heyətinin seçdiyi ən yaxşı yazılar Moderator.az-da dərc ediləcək, müəlliflərə diplom və xüsusi hədiyyələr təqdim olunacaq.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət26 Avqust 2026
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirildi
Cəmiyyət26 Avqust 2026
Xırdalanda körpə eyvandan yıxıldı
Cəmiyyət26 Avqust 2026
Astroloqlar xəbərdarlıq edir: Bu 5 bürc üçün gün ağır keçəcək
Gündəm26 Avqust 2026
Rus hərbçilərə tank sürməyi və atəş açmağı görün kim öyrədib – ŞOK ARXİV
Cəmiyyət26 Avqust 2026
Elgiz Əkbər bu verilişlə geri dönür
Cəmiyyət26 Avqust 2026
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək
Cəmiyyət26 Avqust 2026
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı
Cəmiyyət26 Avqust 2026
“Telegram”dan möhtəşəm yeniliklər
Dünya26 Avqust 2026
Bəşəriyyət Aya və Marsa köçəcək – Yeni nəsil bunu görəcək
Dünya26 Avqust 2026
Vaşinqton şokda: İran ABŞ kəşfiyyatına tarixdə görünməmiş zərər vurdu

Həmçinin oxu

Media

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

No Comment
61 baxış
Media

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

No Comment
65 baxış
Media

Jurnalist olmaq istəyənlərin nəzərinə!

No Comment
614 baxış
Media

"Ganjavi Holding" jurnalistləri peşə bayramı münasibətilə təbrik edib - FOTOLAR

No Comment
693 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirildi
Xırdalanda körpə eyvandan yıxıldı
Astroloqlar xəbərdarlıq edir: Bu 5 bürc üçün gün ağır keçəcək
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2207
Dünya 1281
Elm və təhsil 378
Gündəm 1301

Bütün müəllif hüquqları qorunur - 2026