Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Prezident

İlham Əliyev ŞAD XƏBƏRİ ELAN ETDİ – Tezliklə….

Xəbərsiz Media
18 İyun 2026
0

Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyə çalışır.

“Xəbərsiz” xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün təbii qazın təchizat coğrafiyası baxımından birinci yerdədir:

“Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Bu say ilbəil artır və artmaqda davam edəcək. Eyni zamanda neft təchizatı daha çox ölkələri əhatə edir. Bütün bunlar hasilatçılar, tranzit ölkələrin maraqlarına xidmət edir”.

Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır.

“Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək”.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.