İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarco şəhərində İslam məktəbinin ibadət zalının uçması nəticəsində bir şagird həlak olub, onlarla insan yaralanıb.
“Xəbərsiz”in məlumatına görə, hadisə namaz vaxtı, binada 100-ə yaxın insanın olduğu vaxt baş verib.
Bildirilir ki, ümumilikdə 89 məktəb şagirdi dağıntılar altından çıxarılıb və onlara səhiyyə ocaqlarında tibbi yardım göstərilir.
Xilasedicilər dağıntıları təmizləmək və binanın dağıntıları altında qalan qurbanların axtarışını davam etdirirlər.
İlkin versiyaya görə, çökməyə əlavə mərtəbələrin tikintisi səbəb olub, nəticədə binanın konstruksiyasının artan çəkiyə tab gətirə bilməyib.
Əli Hacı
