FİFA prezidenti Canni İnfantino son iki ildə İsrailin bombardmanları nəticəsində dağılan Qəzza zolağında futbol infrastrukturunun bərpasına kömək edəcəyinə söz verib.
“Xəbərsiz” bildirir ki, o, bu barədə Misirin Şarm Əl-Şeyx kurortunda regional sabitlik və yenidənqurma sənədini imzaladığı sülh sammiti zamanı danışıb.
“Bu, FİFA üçün çox vacib olan bir şeydir, biz kömək etməyə və sülh prosesinin bəhrə verməsini təmin etməyə hazır olacağıq. Futbolun rolu birləşmək, ümid vermək və dəstək olmaqdır”, – deyə, o, əlavə edib.
Əli Hacı
