“İnstagram” sosial media platforması kino sənayesi yaş reytinqlərinə əsaslanan yeni valideyn nəzarəti qaydaları təqdim edir.
“Xəbərsiz” bildirir ki, bu ilkin olaraq ABŞ, Kanada, Avstraliya və Böyük Britaniyada tətbiq olunacaq.
Orada 18 yaşından kiçik gənclər platformada yalnız ABŞ-ın PG-13 reytinqinə malik filmlə müqayisə oluna bilən məzmuna baxa biləcəklər. Bu ayar defolt olaraq tətbiq edilir və yalnız valideyn razılığı ilə dəyişdirilə bilər.
Əli Hacı
