İran nümayəndə heyəti 2026-cı ildə ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak etməyəcək.
“Xəbərsiz” bildirir ki, federasiya ölkənin bir neçə nümayəndəsinə viza verilmədiyini açıqlayıb.
İran Futbol Federasiyasının sözçüsü dövlət televiziyasının efirində deyib:
“Biz FİFA-ya məlumat vermişik ki, qəbul edilən qərarların idmanla heç bir əlaqəsi yoxdur və İran nümayəndə heyətinin üzvləri dünya çempionatının püşkatma mərasimində iştirak etməyəcəklər”.
Yerli media ABŞ-nin digərləri ilə yanaşı, federasiyanın prezidenti Mehdi Taca da viza vermədiyini bildirib.
Xəbərsiz

















