“İslam Respublikası müdafiə sahəsində müasir avadanlıqlar istehsalını davam etdirəcək və bu iş üçün heç bir ölkədən icazə almayacaq”.
“Xəbərsiz” xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Sərdar Əbülfəzl Şikarçi deyib.
Nüvə enerjisi bizim üçün inkişaf və rifah vasitəsi olaraq tibb, kənd təsərrüfatı və sənaye sahələrində istifadə olunur. Əsassız ittihamları qətiyyətlə rədd edirik.
“İranın düşmənləri nüvə silahına və nüvə başlığı daşıyan raketlərə malik olmalarına baxmayaraq, İran xalqının dinc nüvə enerjisinə sahib olma haqqını qəbul edə bilmirlər”, – deyə o, əlavə edib.
Sərdar Əbülfəzl Şikarçi fikirlərini belə davam etdirib:
“Bizdən uranın zənginləşdirilməsindən imtina etməyimizi istəyirlər. Eyni zamanda, oxşar tələblər raket imkanlarımızla bağlı da irəli sürülür. Amma sual budur: Müasir texnologiyaya malik bir ölkənin, digər bir ölkədən öz müdafiə gücünü zəiflətməsini istəməsi nə dərəcədə məntiqlidir? İran xalqı təzyiqlərə boyun əyməyəcək və ölkənin texnoloji nailiyyətlərinin qorunması minlərlə şəhidin qanı ilə qazanılmış bir miras və milli inkişaf üçün strateji zərurətdir”.
Əli Hacı
