Bazar ertəsi azadlığa buraxılması planlaşdırılan 1966 fələstinli məhbusun hamısı İsrail həbsxanalarından avtobuslara minib.
“Xəbərsiz” bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, İsrail – HƏMAS razılığının birinci mərhələdə HƏMAS israilli girovları azad edəcək, İsrail isə öz qoşunlarını zolağın daxilində razılaşdırılmış sərhədə çəkəcək və yüzlərlə fələstinlini İsrail həbsxanalarından, o cümlədən terrorizmə görə ömürlük həbsə məhkum edilmiş bir çoxunu azad edəcək.
Əli Hacı
