İsrail hökuməti münaqişənin sülh yolu ilə nizamlanmasının birinci mərhələsi çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi planını təsdiqləyib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisi bildirib.
Məlumata görə, hökumət bütün girovların, hətta sağ olmayanların da azad edilməsinə dair razılaşmanı təsdiqləyib.
