İsrail ordusunun Suriyanın cənubundakı Dəməşq çölünə bağlı Qatana bölgəsindəki Beyt Cin kəndinə təşkil etdiyi basqında ikisi uşaq, ikisi qadın olmaqla 13 nəfərin öldürüldüyü, sonrakı qarşıdurmada isə 3-ü ağır olmaqla 6 İsrail əsgərinin yaralandığı bildirilib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, qarşıdurmada iki uşaq və iki qadın olmaqla azı 13 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
Xəbərsiz
















