İsveç hökuməti Kiyevə yeni mülki dəstək paketi üçün 1,145 milyard kron (122 milyon dollar) ayırmaq qərarına gəlib.
“Xəbərsiz” xəbər verir ki, yeni yardım paketi “enerji, mənzil, səhiyyə, minalardan təmizləmə, qaçqınlara yardım və müstəqil media” daxil olmaqla Ukraynanın ən təcili ehtiyaclarını ödəməyə yönəldiləcək.
Qeyd edək ki, ayrılan vəsaitin 145 milyon kronu (15,44 milyon dollar) humanitar yardım üçün nəzərdə tutulub.
Əli Hacı
