İtaliyanın xarici işlər naziri Antonio Tajani Trampı Yaxın Şərqdəki münaqişəni bitirdiyinə görə alqışlayıb, lazım gələrsə, ölkəsinin Qəzzaya sülhməramlılar göndərəcəyini bildirib.
“Xəbərsiz” xarici mediaya istinadən xəbər verir ki, XİN başçısı barədə feysbukda paylaşım edib.
“Yaxın Şərqdən gözəl xəbərlər gəlir: sülh yaxındır. ABŞ-nin planını hər zaman dəstəkləyən İtaliya atəşkəsin möhkəmləndirilməsinə, yeni humanitar yardımların əldə edilməsinə və Qəzzanın yenidən qurulmasında iştirak etməyə öz töhfəsini verməyə hazırdır. Fələstini birləşdirmək üçün beynəlxalq sülhməramlı qüvvə yaradılarsa, biz də qoşun göndərməyə hazırıq”, – deyə Tajani yazıb.
İntiqam İsa
