İtaliyanın Bolzano şəhəri 2026-cı ildən başlayaraq həm yerli, həm də turist it sahiblərindən vergi tutacaq.
“Xəbərsiz” “CNN İnternational”a istinadən xəbər verir ki, günlük 1,50 avroya başa gələcək yeni vergi küçələrin təmizlənməsi və itlər üçün nəzərdə tutulmuş parkların maliyyələşdirilməsini nəzərdə tutur.
Yerli sakinlər isə hər it üçün illik 100 avro vergi ödəyəcəklər.
Qeyd edək ki, itlərin adi şəhər parklarında gəzintisinin qadağan ediləcəyi ilə bağlı da şayiələr yayılıb.
İsa İntiqam
