Jurnalist Mikayıl Mirzəzadə “Azəristiliktəchizat” ASC-dən şikayətçidir.
Xəbərsiz xəbər verir ki, jurnalist qurumla bağlı şəxsi feysbuk hesabında paylaşım edib:
“Azərbaycanın ən utanmaz və söz anlamayan qurumu “Azəristiliktəchizat Asc”dir. Aylardır bildirməyimizə baxmayaraq, köhnə ev sahibinin istilik borcunu bizə ödətdirmək istəyir. Hətta üzləri qızarmadan “məhkəməyə verəcəyik” hədə-qorxusu ilə bildiriş göndərir. Soruşanda da deyirlər ki, ya siz köhnə ev sahibindən ödənişi alıb borcu ödəməlisiz, ya da həmin şəxsi məhkəməyə verməlisiz.
Birincisi, mən buna görə niyə rüsum verməliyəm? Cibimi siz pulla doldurursuz?
İkincisi, istiliyi qış aylarında niyə düzgün formada təmin etmirsiz? Camaatın balası sizə görə niyə xəstələnməlidir?
Sizdən son dəfə bir jurnalist olaraq tələb edirəm, vətəndaşı borclu çıxarmazdan öncə öz nöqsanlarınızı düzəldin!
Ziyafət Əlisoy
