Kəmaləddin Heydərov görüş vaxtını dəyişdi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bölgədə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
Bu barədə “Xəbərsiz”ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Kəmaləddin Heydərovun vətəndaş qəbulunun 3 iyul 2026-cı il tarixində Zaqatala şəhərində keçirilməsi nəzərdə tutulurdu.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





