13.12.2025 / 3:22
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 9°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı

Ana Səhifə Cəmiyyət

Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir 

Xəbərsiz Media Xəbərsiz Media
11.12.2025 / 11:53
Cəmiyyət
A A

Kapital Bank “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir.

Gəncə şəhərində yerləşən ali məktəblərin ardından bank nümayəndələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qonaq olublar. Universitetin akademik heyəti üçün təşkil edilən təlim ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevin çıxışı ilə başlayıb. O, çıxışında rəqəmsal mühitdə təhlükəsizlik məsələlərinin aktuallığını vurğulayaraq, bu kimi təşəbbüslərin əməkdaşların məlumatlılığının artırılmasında mühüm rol oynadığını bildirib.

Daha sonra Kapital Bank-ın Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov kiberdələduzluğun geniş yayılan formaları və gündəlik əməliyyatlar zamanı diqqət edilməli məqamlar haqqında danışıb. Bankın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov isə son dövrlərdə artan fırıldaqçılıq halları, istifadəçilərin qarşılaşdığı risklər və Kapital Bank tərəfindən həyata keçirilən qabaqlayıcı təhlükəsizlik tədbirləri haqqında iştirakçılara məlumat verib.

Tədbirin yekununda keçirilən interaktiv sual-cavab sessiyasında isə bank nümayəndələri auditoriyanı maraqlandıran suallara aydınlıq gətirib.

Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb edə bilər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı
Cəmiyyət

ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

Dekabr 12, 2025
İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi
Cəmiyyət

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

Dekabr 12, 2025
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
Cəmiyyət

Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Dekabr 12, 2025
"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik
Cəmiyyət

"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

Dekabr 12, 2025
Azərbaycanda ölüm hallarının sayı açıqlandı
Cəmiyyət

Azərbaycanda ölüm hallarının sayı açıqlandı

Dekabr 12, 2025
Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı
Cəmiyyət

Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı

Dekabr 12, 2025

XƏBƏR LENTİ

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

12 Dekabr, 25 / 23:38
ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

12 Dekabr, 25 / 22:00
İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

12 Dekabr, 25 / 16:16
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

12 Dekabr, 25 / 16:00
MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

12 Dekabr, 25 / 15:29
Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

12 Dekabr, 25 / 15:27
Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

12 Dekabr, 25 / 15:07
Ərdoğan Putinlə görüşdü

Ərdoğan Putinlə görüşdü

12 Dekabr, 25 / 14:50
DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

12 Dekabr, 25 / 14:28
"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

12 Dekabr, 25 / 13:49
Populyar xəbərlər

Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232

Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025