ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiyaya uzaq məsafədən zərbələr endirmək icazəsi verib.
“Xəbərsiz” xəbər verir ki, bu sözləri ABŞ-nin xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində deyib.
Kelloqun sözlərinə görə, Donald Tramp Rusiyaya qarşı uzaqmənzilli zərbələrə icazə verib, lakin bəzən Pentaqon onları həyata keçirmək üçün Ukraynaya səlahiyyət verməyib:
“Hər kəs prezidentin dediklərinə əməl etməlidir. Konstitusiyaya görə, o, ali baş komandandır və hamı ona tabedir”.
Əli Hacı
