Keniyanın keçmiş baş naziri Raila Odinqa 80 yaşında ürək tutmasından vəfat edib.
“Xəbərsiz” bu barədə, Hindistanın Mathrubhumi qəzetinə istinadən məlumat verir.
Məlumata görə, Odinqa Hindistanın cənubundakı Koçi şəhərində infarkt keçirərək xəstəxanaya yerləşdirilib.
Bütün səylərə baxmayaraq, Odinqanı xilas etmək mümkün olmayıb.
Onilliklər ərzində Keniya siyasətində tanınmış simalardan biri olan Odinqa beş prezident seçkilərində iştirak etsə də, heç birində qalib gələ bilməyib.
Odinqa Keniyanın 1991-ci ildə çoxpartiyalı demokratiyanı qəbul etməsində və 2010-cu ildə yeni konstitusiyanın hazırlanmasında əsas rol oynayıb.
Demokratiya və islahatların çempionu kimi tanınan Odinqa 2007-ci ildə keçirilən mübahisəli seçkilərdən sonra ümummilli etirazlara rəhbərlik edib.
Əli Hacı
