Şimali Koreya lideri Kim Çen In ABŞ-yə gəlmək üçün müəyyən şərtlər qoyub.
“Xəbərsiz” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İn paytaxt Pxenyanda keçirilən 14-cü Ali Xalq Assambleyasının iclasında çıxış edərkən danışıb.
“ABŞ nüvə tərksilahı ilə bağlı vəsvəsəsindən əl çəkərsə, biz danışıqlara hazırıq, əks halda Vaşinqtonu başqa ssenari gözləyir”, – deyə Koreya lideri vurğulayıb.
“Şimali Koreya heç kimə boyun əyməyəcək və hakim olmayacaq müstəqil sosialist dövlətdir” – deyə İn ABŞ-yə ultimatum verib.
Vaşinqton administrasiyası ilə danışıqlara qapını açan Kim Tramp haqqında “Trampı yaxşı tanıyıram” deyib.
Bununla belə, o, Cənubi Koreya ilə heç vaxt birləşməyəcəklərinə işarə edib: “Biz Cənubi Koreya ilə heç vaxt masa arxasına oturmayacağıq və birləşməyəcəyik”.
Qeyd edək ki, Şimali Koreya lideri ilk dəfə olaraq Trampla münasibətindən danışıb.
Eltac Yusifov
