ABŞ-ın Cənubi Qafqaz regionunda sadəcə olaraq heç bir iqtisadi marağı yoxdur.
“Xəbərsiz” bildirir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan oktyabrın 7-də keçirdiyi mətbuat konfransında deyib.
“ABŞ-ın nə marağı var? İqtisadi marağı sadəcə, yoxdur. Ticarət rəqəmlərinə baxın. Üstəlik, ABŞ Çini cilovlamaq siyasəti aparır. Əliyev Çində bəyan edir ki, dəhliz (Trampın yolu) Çini Avropa ilə birləşdirmək üçün çox vacibdir. İndi Orta Dəhliz bu yolla gedir və malların bir hissəsi də bu yolla gedəcək. Əsasən Çin məhsullarının ixracına xidmət edəcək dəhliz burada da real məqsədlərlə bağlı müəyyən nəticələrə gətirib çıxarır”, – deyə Köçəryan qeyd edib.
Əli Hacı
