SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Ermənistan ordusunda şok statistika: Yeddi ayda…
24 İyul 2026
Şamaxıda zəlzələ oldu
24 İyul 2026
Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə…
24 İyul 2026
Əsas/Elm və təhsil/Könüllü tələbə və şagirdlərə ŞAD XƏBƏR! Artıq onlar da...
Elm və təhsilCəmiyyət

Könüllü tələbə və şagirdlərə ŞAD XƏBƏR! Artıq onlar da...

Xəbərsiz Media
09 İyul 2026

Milli Məclisin plenar iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olunub. Yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək. Bu yeniliklər sayəsində könüllü kimi fəaliyyət göstərən tələbə və şagirdlərə də sığorta ödənişinin verilməsi nəzərdə tutulur. Qanunvericiliyə edilən bu düzəlişlər həm beynəlxalq standartlara uyğunlaşma, həm də yerli sığorta bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Oxu24.com-a Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ekspert qrupunun üzvü Emil Ağabağırov danışıb.

Ekspert bildirib ki, yeni qaydalara əsasən, artıq könüllülər, tələbələr və şagirdlər hər hansı bir müəssisə və ya təşkilatda təcrübə keçəcəklərsə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə sığortalanacaqlar:“Burada ən mühüm məqamlardan biri həmin şəxslərin təşkilatda olduqları müddətdir və müqavilədə qeyd olunan müddət çox böyük önəm daşıyır. Müqavilə müddəti ərzində tələbə və ya şagirdlər hər hansı bədbəxt hadisə yaxud peşə xəstəliyi nəticəsində xəsarət alarlarsa, onlara sığorta ödənişləri həyata keçiriləcək”.

Emil Ağabağırovun sözlərinə görə, yeni dəyişikliklərdə təkcə əlillik halı əsas götürülmür:“Mövcud qaydalara görə əmək qabiliyyətinin 30%-dən yuxarı itirilməsi halları əlillik hesab olunsa da, yeni qaydalara əsasən, şəxslər sağlamlıqlarını və əmək qabiliyyətlərini 30%-ə qədər itirsələr belə, onlara birdəfəlik sığorta ödənişləri veriləcək”.

Ekspert sonda vurğulayıb ki, bu yeni qaydalar digər tərəfdən gənclərin maarifləndirilməsi baxımından və onların müəssisələrdə daha rahat, təhlükəsiz şəraitdə təcrübə keçmələri üçün çox əlverişli bir zəmin və rahatlıq yaradacaq.

Qeyd edək ki, qanunvericiliyə təklif olunan bu mütərəqqi dəyişikliklər Azərbaycanda həm əmək bazarının təhlükəsizliyini artıracaq, həm də gənclərin sosial müdafiəsini yeni mərhələyə daşıyacaq. Xüsusilə gənc könüllülərin, tələbə və şagirdlərin sığorta təminatı ilə əhatə olunması, onların gələcək peşəkar fəaliyyətlərinə daha inamla addım atmalarına mühüm stimul verir. Dövlətin gənclərə və sığorta sektorunun inkişafına göstərdiyi bu diqqət, ölkədə beynəlxalq standartlara uyğun müasir hüquqi mühitin formalaşmasının bariz nümunəsidir.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Dünya23 İyul 2026

Rusiyada məhkumlar orduya cəlb edilir: Moskva əlacsız qalıb

Elm və təhsil23 İyul 2026

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

Cəmiyyət23 İyul 2026

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

Həmçinin oxu

Elm və təhsil

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

No Comment
1K baxış
Cəmiyyət

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

No Comment
161 baxış
Cəmiyyət

Pensiya alanlara şad xəbər: İyul ayının...

No Comment
69 baxış
Elm və təhsil

Prezident müəllimlərin geyimi ilə bağlı qanunu TƏSDİQLƏDİ

No Comment
2.5K baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2164
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026