“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyası çərçivəsində ən azı 10 görüşü olacaq”.
“Xəbərsiz” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, həmçinin Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə görüşünün olacağını da bildirib.
Qeyd edək ki, Lavrov BMT Baş Assambleyasının sentyabrın 23-dən 27-dək və 29-da keçiriləcək 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gəlib.
Əli Hacı
