Oktyabr 27, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku +17° broken clouds
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Ana Səhifə Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq konfrans təşkil edilib

Ziyafət Əlisoy Ziyafət Əlisoy
Oktyabr 3, 2025
Siyasət
A A

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə oktyabrın 2-3-də Bakı Konqres Mərkəzində “Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid” mövzusunda beynəlxalq konfrans keçirilib.

Xebersiz.az xəbər verir ki, oktyabrın 3-də açılış sessiyasında çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat direktoru Yucin Six və tədbirə onlayn qoşulan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Cenevrə Qlobal Resurs Məlumat Bazasının direktoru Paskal Peduzzi dünyanın ən böyük və analoqu olmayan su hövzəsi olan Xəzər dənizinin problemlərindən bəhs edib, dəniz səviyyəsinin azalması, bioresursların tükənməsi, sahilyanı ekosistemlərin deqradasiyası və çirklənmə kimi çağırışların hər bir dövlətin təkbaşına həll edəcəyi problemlər olmadığını diqqətə çatdırıblar.

Qeyd olunub ki, Xəzərin səviyyəsində son onillikdə müşahidə olunan enmə prosesləri həm sahilyanı infrastruktur, həm də ekosistemlər üçün ciddi fəsadlar yaradır. Son 30 ildə 2,5 metr enmə yaranıb ki, bu da balıqçılıq təsərrüfatı, yaşayış məntəqələri və ekosistemlərin dayanıqlığına mənfi təsir göstərir. Suyun çəkilməsi də yeni ekoloji risklər yaradır. Belə ki, torpaq duzlaşması, bioloji müxtəlifliyin zəifləməsi kimi problemlər ortaya çıxır. Bildirilib ki, qlobal əhəmiyyətə malik olan Xəzər dənizində iqlim dəyişikliyi səbəbindən gedən proseslərin təsir və nəticələri regional xarakter daşıyır və yalnız koordinasiyalı tədbirlər, ortaq tədqiqatlar və qarşılıqlı etimad şəraitində aradan qaldırıla bilər. Həmçinin Azərbaycanın COP29 sədrliyi dövründə əldə olunan nəticələrin praktiki addımlara transformasiyasının vacib olduğu da vurğulanıb.

Tədbir müzakirələrlə davam edib. Müzakirələrdə çıxış edən COP29 Prezidentliyi, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), eləcə də müxtəlif ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin nümayəndələri Xəzər dənizinin mühafizəsi üzrə regional əməkdaşlıq imkanları, su ehtiyatlarının idarəolunması və beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunublar. İştirakçılar Xəzər dənizinin ekoloji vəziyyətinə dair mövcud çağırışları qeyd edərək, beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, IDEA və Caspisnet elmi şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirin məqsədi 10-dan çox ölkəni təmsil edən dəniz ekologiyası, dayanıqlı akvakultura, hidrologiya, coğrafi informasiya sistemləri və bir sıra digər müvafiq sahələr üzrə ixtisaslaşmış alim və ekspertləri bir araya gətirərək Xəzər dənizinin səviyyəsinin dəyişmə dinamikası, dəniz biomüxtəlifliyi və ekoloji balansın qorunması yollarına dair fikir mübadiləsi aparmaq, eləcə də birgə həll yollarını müzakirə etməkdən ibarətdir.

Tədbir çərçivəsində, həmçinin iştirakçıların Xəzərin zəngin biomüxtəlifliyi ilə birbaşa tanış olmaları üçün Abşeron Milli Parkına səfəri təşkil ediləcək.

Populyar xəbərlər
logo
Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.

Məlumatlar


Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Elm və təhsil
  • Gündəm
  • Hadisə
  • Hava
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Maqazin
  • Maraqlı
  • Media
  • Milli Məclis
  • Mədəniyyət
  • Özəl
  • Prezident
  • Sağlamlıq
  • Siyasət
  • Son Dəqiqə
  • Texnologiya
  • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

Bakı +17° broken clouds