Litva Belarusla sərhəd yaxınlığındakı hava məkanının qismən bağlanmasını 2025-ci ilin dekabr ayına qədər uzadıb.
“Xəbərsiz” xəbər verir ki, Baltikyanı respublikanın ordu komandanlığından bildirilib.
Bu qərar təhlükəsizlik vəziyyəti və dronların sərhəd pozuntuları ilə bağlı mülki aviasiya üçün potensial risklər nəzərə alınaraq qəbul edilib.
Eyni zamanda, Litva tərəfi kritik vəziyyətdə hava məkanının bağlanması prosedurunu sadələşdirməli olan sənədlərin hazırlanmasını 2025-ci ilin sonunadək başa çatdırmaq niyyətindədir.
Əli Hacı
