Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
“Xəbərsiz” bildirir ki, qəza Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub.
Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanaılıb. İstintaq aparılır.
