ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində Azərbaycan mədəniyyəti tanıdılıb.
“Xəbərsiz” xəbər verir ki, bu barədə ölkəmizin Los-Anceles şəhərindəki Baş konsulluğunun “X” sosial şəbəkəsində paylaşım edilib.
Bildirilib ki, ənənəvi “Irvine Global Village” festivalında uşaqlar tərəfindən Azərbaycanın milli rəqsləri nümayiş etdirilib, iştirakçılara şərbət təqdim olunub.
