Oktyabr 27, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku +17° broken clouds
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Ana Səhifə Cəmiyyət

“Məlhəm” Hospitalda uşaq həkim səhlənkarlığından problemli doğulub? - İDDİA

Ziyafət Əlisoy Ziyafət Əlisoy
Oktyabr 1, 2025
Cəmiyyət, Gündəm
A A

Gənc yazar, “kulis.az” saytının baş redaktoru Ulucay Akif “Məlhəm Beynəlxalq Hospital”ının göstərdiyi xidmətlərdən narazıdır.

“Xəbərsiz” Modern.az-a istinadən xəbər verir ki, o, bacısı Gülənay Məmmədovanın hospitalda ilk övladının dünyaya gəldiyini, amma həkim səhlənkarlığından uşağın problemli doğulduğunu bildirib.

Körpənin beynində ciddi problemlərin və sinir zədələnməsinin olduğunu söyləyən U.Akif qeyd edib ki, kompüter tomoqrafiyasının nəticələrinə görə uşağın həyatda qalması qeyri-mümkündür. O, həm “Məlhəm Beynəlxalq Hospital”ın, həm də digər tibb müəssisələrinin həkimlərinin də bu qənaətdə olduğunu bildirib:

“Artıq uşağın həyatda qalmayacağı həqiqətini qəbullanmışıq, çünki müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. “Məlhəm Beynəlxalq Hospital”ı özü bunu təsdiqləməsinə rəğmən uşağı hələ də küvəzdə saxlayır. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır. Üstəlik, həkim doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədi ilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir”.
Ətraflı

U.Akif şikayətində iddia edib ki, bacısının 8 aylıq hamiləlik dönəmində hospitalda müayinələr zamanı bu cür problemlərin olduğu deyilməyib, heç vaxt göbək ciyəsində düyün olması bildirilməyib:

“Ciyənin iki dəfə uşağın boynuna dolanması halı isə hələ doğuşda uzun müddət əvvəl – daha dəqiq desək, avqustun 3-də hamiləliyin ultrasəs rutin müayinəsi nəticəsində məlum idi. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlanırmalı və ona mümkün riskləri izah etməli idi. Uzun sözün qısası, hazırda “Məlhəm Beynəlxalq Hospital” bizə sözün hər mənasında əzab yaşadır. Mənasız və çox ağrılı bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə içəridə, biz isə bayırda əziyyət çəkirik”.

Aidiyyatı qurumlardan bu məsələnin tam araşdırılmasını və hüquqi yolla həll edilməsini xahiş edən şikayətçi artıq prokurorluğa ərizə ilə müraciət etdiklərini söyləyib.

Məsələ ilə əlaqədar Modern.az “Məlhəm Beynəlxalq Hospital”a sorğu ünvanlanıb. Hospitaldan bildirilib ki, rəhbərliy sözügedən şikayətdən xəbərdardır və bununla bağlı açıqlamaları olacaq.

Populyar xəbərlər
logo
Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.

Məlumatlar


Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Elm və təhsil
  • Gündəm
  • Hadisə
  • Hava
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Maqazin
  • Maraqlı
  • Media
  • Milli Məclis
  • Mədəniyyət
  • Özəl
  • Prezident
  • Sağlamlıq
  • Siyasət
  • Son Dəqiqə
  • Texnologiya
  • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

Bakı +17° broken clouds