SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Ermənistan ordusunda şok statistika: Yeddi ayda…
24 İyul 2026
Şamaxıda zəlzələ oldu
24 İyul 2026
Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə…
24 İyul 2026
Əsas/Cəmiyyət/Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn məşhur xanımlar
CəmiyyətGündəmManşet

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn məşhur xanımlar

Xəbərsiz Media
03 İyul 2026

Onlar bir vaxtlar mahnıları, televiziya çıxışları, gözəllik titulları və ya sosial şəbəkələrdəki paylaşımları ilə tanınırdılar. Ancaq sonradan adları tam fərqli yöndə hallandı. Kimisi dələduzluq, kimisi ölümlə nəticələnən qəza, insan alveri, kimisi isə digər cinayət işləri ilə bağlı həbs olundu. Bəziləri illərlə azadlıqdan məhrum edildi, bəziləri isə inzibati həbs cəzası aldı.

“Xəbərsiz” “Yeni Sabah” son illərdə həbs olunan məşhur qadınların siyahısını və onların hansı səbəbdən həbs edildiklərini araşdırıb:

2026 – “TikTok” fenomeni İlduzə Hacıyeva (Arzum 9999)

“TikTok”da “Arzum 9999” adı ilə tanınan bloger İlduzə Hacıyeva ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə mühakimə olundu. Ötən gün məhkəmə onu 5 il 2 ay müddətinə azadlıqdan məhrum etdi. İş üzrə müəyyən edildi ki, qəza nəticəsində bir nəfər həyatını itirib. Hökm ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

2025 – Rəqsanə İsmayılova

Müğənni Rəqsanə İsmayılova 16 avqust 2025-ci ildə Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. İstintaqın məlumatına görə, o, iki zərərçəkmişə məxsus ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. Faktla bağlı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra ifaçı ev dustaqlığına buraxıldı

2025 – Dəniz Əsədova

Müğənni Dəniz Əsədova xüsusi ittiham qaydasında baxılan cinayət işi üzrə məhkəmə prosesində ötən il həbs edilib. O, məhkəmə zalındaca qandallanaraq Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilmişdi.

2025 – Günay Əliyeva

“TikTok” fenomeni Günay Əliyeva əxlaqsızlığın təbliği və təşkilinə dair cinayət işi çərçivəsində saxlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, bu iş üzrə həbs olunan bir neçə sosial media fenomenindən biri idi. Hadisə həmin vaxt sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.

2025 – Quanna Quliyeva

Bloger Quanna Quliyeva da eyni cinayət işi üzrə həbs edilən məşhurlardan idi. İstintaq onun sosial şəbəkə fəaliyyəti ilə bağlı irəli sürülən ittihamları araşdırıb və onun barəsində həbs qətimkan tədbiri seçmişdi. İş uzun müddət medianın diqqətində qaldı.

2025 – Nurdan Yusifova

“TikTok” istifadəçisi Nurdan Yusifova da eyni əməliyyat zamanı saxlanılan şəxslərdən idi. O, cinayət işi çərçivəsində həbs olunmuşdu. İttihamlar əxlaqsızlığın təşkili və təbliği ilə bağlı idi. Onun işi digər fenomenlərlə birlikdə araşdırılmışdı.

2024 – Çelsi Baxşıyeva

Sosial media fenomeni Çelsi Baxşıyeva inzibati xəta törətməkdə təqsirli bilinərək 30 sutka inzibati həbs almışdı. Ona qarşı xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmama maddələri tətbiq edilmişdi. O, 30 sutkalıq inzibati həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb və sosial şəbəkələrdə fəaliyyətini bərpa edib.

2024 – Arzuxanım Həsənova

Müğənni Arzuxanım Həsənova 2024-cü ildə narkotik vasitədən istifadə ilə bağlı əməliyyat məlumatı əsasında polis tərəfindən saxlanılıb. Təyin edilən ekspertizanın nəticələrinə əsasən, onun qanında psixotrop maddə – metamfetamin aşkar edildiyi bildirilib. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ona əvvəlcə 15 sutka inzibati həbs təyin etsə də, ictimai mövqeyi və ailə vəziyyəti nəzərə alınaraq cəza 5 sutka inzibati həbslə əvəz olunub.

2023 – Təranə Səmədova

Prodüser Təranə Səmədova insan alveri və qadınları cinsi istismara cəlb etmə ittihamı ilə həbs edildi. Məhkəmə onu təqsirli bilərək azadlıqdan məhrum edib. Bu, onun barəsində qaldırılan ilk cinayət işi deyildi, bundan əvvəl də o insan alverinə görə cəza almışdı. Məhkəmənin hökmü ilə o, 2023-cü ildə 6 il azadlıqdan məhrum edilib.

2017 – Fədayə Laçın

Müğənni Fədayə Laçın Bakı-Astara qatarından qaçan məhbusların qaçışına kömək etməkdə ittiham olunub. O, həbs edilərək istintaqa cəlb edilmişdi. Sonradan məhkəmə ona 5 il azadlıqdan məhrumetmə cəzası verdi, daha sonra cəzası azaldıldı. 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan müğənni 2019-cu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi. Sonradan mühafizə altından qaçan Əli Ağami həbs olunmuş, Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülmüşdü. Fədayə Laçın “Qoca” ilə sevgi münasibətində idi. Bu hadisə Azərbaycan şou-biznesinin ən səs-küylü cinayət işlərindən biri hesab olunur.

2015 – Maral Tahirqızı

Müğənni Maral Tahirqızı əxlaqsızlıq yuvası təşkil etmək ittihamı ilə saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdü. Məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum etmişdi. Bir müddət sonra cəzasının qalan hissəsindən şərti olaraq azad edilərək buraxılmışdı.

2013 – Gülər Əhmədova

Keçmiş deputat Gülər Əhmədova deputat mandatının satılması ilə bağlı qalmaqallı cinayət işi üzrə həbs olunmuşdu. O, dələduzluq və nüfuz alverində təqsirli bilinərək məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir müddət sonra cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz olundu və o, azadlığa buraxıldı. Bu iş uzun müddət Azərbaycanın ən çox müzakirə olunan siyasi qalmaqallarından biri oldu.

2000-ci illər – Dinarə Məmmədova

İki dəfə “Miss Azerbaijan” titulunu qazanan keçmiş model Dinarə Məmmədova hazırda Rusiyada qadın həbsxanasında cəza çəkir. O, dələduzluq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasını çəkib, hazırda o, azadlıqdadırş Dinarə Məmmədova 2003-cü ildə, 17 yaşında “Miss Azerbaijan” seçilib, daha sonra ikinci dəfə eyni titulun sahibi olub və “Miss Avropa” müsabiqəsinə dəvət alıb. Onun sözlərinə görə, Rusiyada ortağına etibar etməsi nəticəsində adından istifadə olunub, geri qayıtdıqda isə barəsində çoxsaylı şikayətlər verildiyini öyrənib və cinayət işi üzrə həbs edilmişdi.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Dünya23 İyul 2026

Rusiyada məhkumlar orduya cəlb edilir: Moskva əlacsız qalıb

Elm və təhsil23 İyul 2026

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

Cəmiyyət23 İyul 2026

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

Həmçinin oxu

Gündəm

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

No Comment
1.5K baxış
Gündəm

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

No Comment
289 baxış
Cəmiyyət

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

No Comment
166 baxış
Manşet

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

No Comment
195 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2164
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026