Xəbər verdiyimiz kimi, Macarıstanın Baş naziri Viktor Orban açıqlamasında Macarıstanın Avropada sülhü dəstəkləyən yeganə ölkə olduğunu bildirib.
Orbanın bu açıqlamasını “Xəbərsiz”ə şərh edən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirir ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan Macarıstan bu münaqişənin sona çatması üçün müxtəlif cəhdlər göstərib.
“Macarıstanın bu cəhdləri Avropa İttifaqı tərəfindən, Avropa İttifaqı liderləri tərəfindən o qədər də müsbət qarşılanmayıb və xoş qiymətləndirilməyib. Hesab edirəm ki, Macarıstan Avropada, elə dünyada da sülh və təhlükəsizlik üçün ciddi şəkildə çalışan ölkələrdən biri, bəlkə də birincisidir”.
Siyasi şərhçi düşünür ki, Orbanın bu fikri Avropada ciddi və narahatedici dəyişikliyə səbəb olmayacaq. Macarıstan bütün müqavimət və narazılıqlara baxmayaraq sülh uğrunda səylərinə davam etməlidir.
Ziyafət Əlisoy
