Müharibə münaqişələri həll edə bilməz, ona görə də Macarıstan Ukraynadakı münaqişənin nizamlanmasına yönəlmiş sammitə ev sahibliyi etməkdən qürur duyur.
“Xəbərsiz” xəbər verir ki, bunu Macarıstan prezidenti Tamas Sulyok bildirib.
“Müharibə, istər Rusiya-Ukrayna, istərsə də Yaxın Şərq regional mübahisələrinə aid olsun, hər hansı münaqişənin həlli yolu deyil. Buna görə də biz ABŞ prezidenti Donald Tramp administrasiyasının təşəbbüsünü çox vacib hesab edirik. Biz son dərəcə qürur duyuruq ki, Budapeşt ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş üçün məkan rolunu oynayacaq”, – Sulyok Bulqariyaya rəsmi səfəri zamanı jurnalistlərə deyib.
Əli Hacı
