İspaniyanın paytaxtı Madriddə tikilməkdə olan bina çöküb.
“Xəbərsiz” bildirir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib.
Xilasedicilər xəsarət alanlar arasında tikintidə işləyən üç kişi və tikintiyə nəzarət edən bir qadının olduğunu bildirib.
İspaniya mətbuatı işçilərin Mali, Qvineya və Ekvadordan olduğunu bildirib. Daha 3 nəfər yüngül xəsarət alıb. Uçulmanın səbəbləri araşdırılır.
Əli Hacı
