“Makron ümidsizcəsinə Sosialist Partiyasını yeni Xalq Cəbhəsindən çıxarmaq və sosialistləri öz partiyasının mərkəzçi çoxluğuna qatmaqdır. Amma bunu etsə, sağ blokun dəstəyini itirəcək”.
“Xəbərsiz” bildirir ki, bunu Fransız tarixçi Benoit Pellistrandi deyib.
Pellistrandi Makronun istefa etməyəcəyini vurğulayaraq əlavə edib:
“İnstitusional olaraq yeganə seçim Parlamentin buraxılmasıdır. Lakin bu, ifrat sağçıların hakimiyyətə gəlməsi riskini daşıyacaq və bu, Makron üçün həm tarixi, həm də siyasi məğlubiyyət olacaq”.
Tarixçi ölkənin “dərin siyasi böhran” içərisində olduğunu və bu vəziyyətin “rejim böhranına çevrilmək” riskini daşıdığını bildirir.
Pellistrandiyə görə, hazırkı siyasi manevrlər “açıq çarəsizlikdən” qaynaqlanır.
Əli Hacı
