“Sən oturmusan orada mənimlə “borzu, borzu” danışırsan. Sən mənimlə danışırsan ee, uşaq-muşaqla danışmırsan”.
“Xəbərsiz” bildirir ki, bunu müğənni Manaf Ağayev “Öz aramızda” verilişində deyib.
O, meyxanaçı Aqşin Fatehin onun haqqında dediklərini də cavabsız qoymayıb:
“Mənim 62 yaşım var. Sənin başın üçün deyil ki, məndə səhv tutasan. Mənim səninlə işim yox idi, amma bundan sonra olacaq. Mən onun elə oturub danışdığını görməmişdim. Danışanda bil kimin haqqında danışırsan. Dediklərinə cavab gələ bilər ya yox. Özüdəki musiqini bilməyən adam gəlib başını soxub “Şahnaz”dan danışır. İndi mənim də dostlarım mövzuya qarşısa sən nə edəcəksən? Dura biləcəksən qarşısında? Sən muğam bilirsən?”.
Səma Sevyarlı
