“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat…
10 Avqust 2026
Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir
10 Avqust 2026
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
10 Avqust 2026
Əsas/Cəmiyyət/Maşın bazarında yenə bahalaşma olacaq - Açıqlama
Cəmiyyət

Maşın bazarında yenə bahalaşma olacaq - Açıqlama

Xəbərsiz Media
24 İyun 2026

2026-cı ilin ilk beş ayında Azərbaycanda minik avtomobillərinin idxalında kəskin azalma qeydə alınıb. Rəqəmlər göstərir ki, ötən ilin yanvar-may aylarında ölkəyə 39 min avtomobil gətirildiyi halda, bu il həmin göstərici 24 minə düşüb. Bu isə təxminən 40 faizlik azalma deməkdir. İdxaldakı bu geriləmə daxili avtomobil bazarına, xüsusilə qiymət dinamikasına və tələbatın səviyyəsinə necə təsir göstərib?

“Xəbərsiz” Demokrat.az-a istinadla xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov 2026-cı ilin ötən beş ayı ərzində avtomobil idxalında müşahidə edilən azalmanı iki əsas faktorla izah etmək olar deyib.

“Birincisi, yanvarın 1-dən etibarən elektromühərrikli avtomobillərə tətbiq edilən güzəştlərin dayandırılmasıdır. Ötən üç il ərzində bu avtomobillərin idxalı zamanı gömrük və vergi rüsumlarında mövcud olan güzəştlər daxili bazarda daha münasib qiymətlərlə avtomobil təklifinə imkan yaradırdı. Xüsusilə son iki ildə bu təşviqlər nəticəsində elektromühərrikli, “plug-in hibrid” və hibrid avtomobillərin idxalında ciddi artım müşahidə olundu. Bu dövrdə yeni avtomobillərin qiyməti, hətta bəzi hallarda ikinci və üçüncü əl avtomobillərlə müqayisədə daha əlverişli idi. Lakin güzəştlərin ləğvi qiymətlərin artmasına, alıcılıq qabiliyyətinin zəifləməsinə və nəticədə bazarda tələbin azalmasına səbəb oldu”.

O bildirib ki, ikinci əsas amil isə əvvəlki dövrdə, xüsusilə taksi xidməti ilə bağlı qaydalardakı dəyişikliklərdən sonra formalaşan kütləvi tələbin aradan qalxmasıdır:

“Həmin vaxt iqtisadi, o cümlədən elektrik və hibrid avtomobillərə güclü tələb yaranmış və bu da ötən il idxalın kəskin artmasına səbəb olmuşdu. Bu il isə həmin tələb effektinin zəifləməsi ümumi idxal həcminə birbaşa təsir göstərir. Avtomobil idxalının azalması Azərbaycanda avtoparkın yenilənmə sürətini də zəiflədir və nəticədə avtoparkın orta yaşı artır. Belə vəziyyət həm yeni, həm də ikinci əl avtomobil bazarında qiymət artımını stimullaşdırır. Artıq ötən dövrdə də bahalaşma meylləri müşahidə olunurdu.

Əgər bu tendensiya davam edərsə, yaxın dövrlərdə daxili bazarda avtomobil qiymətlərinin daha da artması ehtimal olunur”, – deyə o qeyd edib.

Beləliklə, ölkənin avtomobil bazarında qeydə alınan 40 faizlik azalma həm vergi qanunvericiliyindəki dəyişikliklərin, həm də daxili tələbatın doymasının birbaşa nəticəsidir. Elektrik mühərrikli nəqliyyat vasitələrinə verilən rüsum güzəştlərinin dayandırılması idxalçıların fəaliyyətini xeyli məhdudlaşdırıb. Digər tərəfdən, taksi islahatlarının yaratdığı süni alış bumu artıq tamamilə geridə qalıb. Yaranan bu durğunluq yaxın gələcəkdə daxili bazarda köhnə avtomobillərin də süni şəkildə bahalaşmasına zəmin hazırlayır. Qiymət artımının qarşısını almaq üçün rəqəmsal və ekoloji təmiz avtoparkın formalaşdırılması istiqamətində yeni stimullaşdırıcı addımların atılması qaçılmaz görünür.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya10 Avqust 2026

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Dünya10 Avqust 2026

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

Cəmiyyət10 Avqust 2026

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Cəmiyyət10 Avqust 2026

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

Elm və təhsil10 Avqust 2026

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Dünya09 Avqust 2026

Rusiyanın S-400-ü, tanker və yük gəmiləri vuruldu

Dünya09 Avqust 2026

Raket çatmır: Pentaqon şirkətlərə təzyiq göstərir

Manşet09 Avqust 2026

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Dünya09 Avqust 2026

Bu təyyarə vurulsa, ABŞ üçün ciddi fövqəladə vəziyyət olar

Həmçinin oxu

Cəmiyyət

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

No Comment
2 baxış
Cəmiyyət

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

No Comment
2 baxış
Cəmiyyət

“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar mövzusu müzakirə olunub

No Comment
92 baxış
Cəmiyyət

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

No Comment
225 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2189
Dünya 1260
Elm və təhsil 377
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026